Sualınız var?

Sualınıza cavab tapa bilmirsinizsə, +994 55 253 63 77 nömrəsinə zəng edə bilərsiniz.

Müraciət kanalları

Sizdəki yeniliklər barəsində haradan məlumat ala bilərəm?
Yeniliklər barədə həm sosial şəbəkə səhifələrimizdən, həm də azsmart.az vebsaytından məlumat ala bilərsiniz.
Kassa cihazını necə sifariş verə bilərəm?
Sifariş və əlavə suallar üçün +994 2539903 və ya +994 125389842 əlaqə nömrələrinə müraciət edə bilər və ya İzmir küç. 23 (İzmir Plaza, 2-ci mərtəbə) ünvanında yerləşən ofisimizə yaxınlaşa bilərsiniz. Bundan əlavə, bizi sosial şəbəkə səhifələrimizdən və azsmart.az vebsaytımızdan izləyə bilərsiniz.

Kampaniyalar

Qiymətlərə əlavə necəsə endirim əldə edə bilərəm?
Sifariş həcmindən asılı olaraq endirim imkanları nəzərdən keçirilə bilər.

Təkliflər (ümumi suallar)

Sizə təklifim var, digər şöbələr ilə necə əlaqə qura bilərəm?
Bütün təkliflərinizlə bağlı office@azsmart.az ünvanına email göndərə bilərsiniz.

Sənədləşmə və Ödəniş

Ödəniş bütöv şəkildə köçürülür, ya aylar üzrə?
Ödəniş sifariş həcminə uyğun olaraq, tam formada köçürmə/ nağd/ onlayn ödəniş/ POS-Terminal ilə və ya BirKart vasitəsilə 2/3 aylıq taksit kimi həyata keçirilir. O cümlədən, aylıq xidmət haqqı ödənişləri üzrə isə qaimə əsasında köçürmə/ onlayn ödəniş və ya Yığım.az vasitəsilə (MilliÖn, E-manat, ExpressPay terminalları) ödəniş edə bilərsiniz.
Kassa cihazından imtina etmək istəyirəm kimə müraciət edim?
Sizə qeydiyyat zamanı yardım göstərmiş Satış üzrə Mütəxəssisimizə müraciət edə bilərsiniz.
Müqaviləni itirmişəm, nə edə bilərəm?
AzSmart-a yaxınlaşıb, bizdə olan müqavilənin surətini ala bilərsiniz. Və ya online olaraq, Sizə skan versiyasını göndərə bilərik.

Yerləşmə və iş vaxtları

Hansı marşrutlar AzSmart-a gəlir?
37 nömrəli avtobus ilə gələ bilərsiniz. (Hyatt Regency oteli və İzrail səfirliyinin yanı)
Başqa filiallarınız varmı?
Xeyr, bir ünvanda fəaliyyət göstəririk. Regionlar üzrə isə Satış agentlərimiz fəaliyyət aparır.
Siz hansı saatlarda işləyirsiniz?
Ofisimiz həftə içi hər gün saat 9:00-18:00 aralığında fəaliyyət göstərir.

Digər

Vakansiyalar barəsində haradan məlumat almaq olar?
Bütün vakansiya elanları sosial media hesabımızda və digər iş elanları saytalarında (jobsearch.az, employ.az, və s.) elan edilir. Bundan əlavə, əgər vakansiya elan edilmədən də müraciət etmək istəsəniz öz CV formanızı başlıqda müraciət etmək istədiyiniz vəzifəni qeyd edərək office@azsmart.az ünvanına göndərə bilərsiniz.
Bizdə olan köhnə kassa cihazları yenisi olan zaman necə olur, onu sizmi qeydiyyatdan çıxarırsınız?
Köhnə kassa aparatları qeydiyyatdan çıxmasa da yeni nəsil elektron Nəzarət Kassa Aparatlarını qeydiyyata almaq olur. Köhnə kassa isə artıq avtomatik sistemdə funksionallığını itirir, amma qeydiyyatdan çıxarmaq üçün həmin kassanı vaxtilə quraşdıran şirkətlə əlaqə yaratmaq lazımdır. Amma yeni kassa olanda, Dövlət Vergi Xidməti nəzarəti həmin cihaza əsasən aparır əsas, köhnə kassanı nəzərə almırlar.