Şərtlər və qaydalar
XİDMƏTLƏRDƏN İSTİFADƏYƏ DAİR ŞƏRTLƏR VƏ MÜDDƏALAR (MÜQAVİLƏ)
Bu Xidmətlərdən İstifadəyə dair Şərtlər və Müddəalar (burada və bundan sonra “İstifadə Şərtləri” adlandırılan) İstifadəçi tərəfindən Xidmətlərə daxil olunması və ya onlardan istifadə edilməsi üçün tətbiq olunur. İstifadəçi həmçinin Xidmətlərə daxil olunması və onlardan istifadə edilməsi ilə bağlı Şirkətin vaxtaşırı olaraq təqdim edə biləcəyi hər hansı digər təlimatlara da riayət etməlidir.
1. ƏSAS ANLAYIŞLAR Bu İstifadə Şərtlərinin məqsədləri üçün terminlər aşağıda göstərilən mənaları ifadə edir:
“İstifadəçi” - Xidmətlərdən istifadə etmək üçün qeydiyyatdan keçirilmiş fiziki və ya hüquqi şəxs;
“Hesab” - İstifadəçiyə Xidmətlərdən istifadə hüququnu verən ödəniş hesabı;
“Mallar” – Nəzarət Kassa Aparatları
“Xidmətlər” - Elektron Daxilolma Cihazı vasitəsilə daxil oluna bilən Şirkətin www.azsmart.az internet səhifəsində yerləşən “Onlayn ödəniş” bölməsi vasitəsilə təklif etdiyi xidmət və funksiyalar;
“Elektron Daxilolma Cihazı” - kompüter, telefon, mobil telefon, rəqəmli assistant (PDA), mobil cihaz, simsiz cihaz və Xidmətlərdən istifadə edilə bilən istənilən digər elektron cihaz;
“Şifrə” - İstifadəçinin Hesaba daxil olmaq və Xidmətlərdən istifadə etmək üçün özünü eyniləşdirmək məqsədilə seçdiyi məxfi rəqəmlər və/və ya hərflər kombinasiyası;
“Müqavilə nömrəsi”- İstifadəçi qeydiyyatdan keçdikdən sonra Şirkət tərəfindən təmin edilən müqavilə nömrəsi, İstifadəçi adı;
“Ödəniş” – Şirkətin www.azsmart.az internet səhifəsində yerləşən “Onlayn ödəniş” bölməsindən istifadə edilərək İstifadəçi tərəfindən həyata keçirilən ödəniş;
“Şirkət” - “AZSMART” MMC;
“İş günü” - Şənbə, Bazar və Azərbaycan Respublikasında tətbiq olunan hər hansı qeyri-iş günü istisna olmaqla hər hansı təqvim günü;
“Üçüncü Tərəf” - İstifadəçidən və Şirkətdən başqa hər hansı tərəf.
2. QEYDİYYAT Xidmətlərdən istifadə etmək üçün İstifadəçinin şəxsi Hesabı olmalıdır. İstifadəçi Hesab açmaq istədiyi təqdirdə Şirkətə müraciət edib prosedur qaydalarına uyğun olaraq qeydiyyatdan keçir və Şirkət İstifadəçini Müqavilə Nömrəsi ilə təmin edir.
3. XİDMƏTLƏRİN DƏYİŞDİRİLMƏSİ İstifadəçi bu İstifadə Şərtlərini təsdiq etməklə qəbul edir ki, Şirkət İstifadəçiyə əvvəlcədən hər hansı bildiriş vermədən Xidmətlərin istənilən hissəsinə əlavələr etmək, onların istənilən hissəsini çıxarmaq və ya dəyişiklik etmək hüququnu özündə saxlayır və bu hallarda İstifadə Şərtləri əlavə olunmuş və ya dəyişdirilmiş Xidmətlərə (və ya onların hər hansı hissəsinə və ya funksiyasına) tətbiq olunmağa davam edəcək. İstifadəçi həmin Xidmətlərdən istifadə etməklə edilmiş əlavələr və dəyişiklərlə razı olduğunu təsdiq etmiş olur.
4. BİLDİRİŞLƏR Bildirişlər saytın daxili poçtu, İstifadəçinin elektron poçtu, SMS və ya POP-UP texnologiyası ilə İstifadəçiyə çatdırıla bilər. İstifadəçi öz elektron poçt ünvanı vasitəsi ilə məlumat almaq istəmədiyi halda Hesabında “TƏNZİMLƏMƏLƏR” linkindən istifadə edərək, bu imkanı ləğv etmək hüququna malikdir. Xidmətdən imtina ilə bağlı İstifadəçiyə məlumatların təqdim edilməməsi nəticəsində yaranacaq hər hansı hala görə Şirkət məsuliyyət daşımır.
5. İSTİFADƏ/TƏLİMATLAR İstifadəçi www.azsmart.az internet səhifəsində “Onlayn ödəniş” bölməsinə daxil olaraq Müqavilə nömrəsini müvafiq xanaya daxil etməklə Hesabına giriş edir və Ödənişləri həyata keçirir. Xidmətlərə daxil olduqdan sonra, İstifadəçiyə onun verdiyi və ya vermək niyyətində olduğu istənilən göstərişə görə cavabdeh olmağı qəbul etmək və onunla razılaşmaq seçimi verilir. İstifadəçinin Xidmətlər vasitəsilə verdiyi göstərişlər İstifadəçinin yazılı formada imzaladığı göstərişlər ilə eyni hüquqi qüvvəyə malik olur və gələcəkdə hər hansı mübahisənin həlli zamanı sübut kimi təqdim edilə bilər.
6. Bütün ödənişlər aşağıda sadalanan ödəniş kartlarının birindən istifadə etməklə həyata keçirilməlidir: Visa, Visa Electron, MasterCard, Maestro. Bununla yanaşı ödənişlər E-pul pul kisəsi vasitəsilə də həyata keçirilə bilər.
İstifadəçi qəbul edir ki, Ödəniş etdikdə vəsaitlər onun kart hesabından göstəriş verildiyi tarixdə tutulduğuna baxmayaraq, Şirkət özündən asılı olmayan səbəblərdən Ödənişi İstifadəçinin müvafiq göstəriş verdiyi və ya vəsaitin tutulduğu tarixdə almaya bilər.
İstifadəçi hər hansı Ödənişin həyata keçirilməsi üçün Şirkətə tələb olunan bütün məlumatları (kart daşıyıcısının adı və soyadı, kartın nömrəsi, CVV2, son istifadə tarixi) dəqiqliyi ilə təmin etməlidir.
Şirkət İstifadəçinin müvafiq qanunvericiliyin tələblərinə əsasən ödəməli olduğu hər hansı vergi, rüsum və digər ödənişlərə görə məsuliyyət daşımır və bu cür vergi, rüsum və digər ödənişlər İstifadəçi tərəfindən ödənilməlidir.
7. GERİ QAYTARILMA/DƏYİŞDİRİLMƏ İstifadəçi ödəniş qaydasından asılı olmayaraq 7 iş günü ərzində cəriməsiz olaraq və səbəb göstərmədən Malların sifarişinin icrasından imtina edə bilər və Şirkət onun ödədiyi məbləği əlavə xərc olmadan (Malların qaytarılması xərci istisna olmaqla) 7 gün ərzində geri qaytarmalıdır.
Tərəflər arasında digər razılaşma olmadıqda, İstifadəçi aşağıdakı hallarda Malların sifarişinin icrasından imtina edə bilməz:
- yuxarıda qeyd olunan 7 günlük müddət ərzində İstifadəçinin razılığı ilə sifarişin icrasına başlanıldıqda;
- İstifadəçinin xüsusi tələbi əsasında istehsal və ya uyğunlaşdırma səbəbindən geri qaytarılması mümkün olmayan, tez korlanan və ya məhdud istifadə müddəti olan malların təchizatı üzrə sifarişlərdə;
- audio, video yazılar və ya kompüter proqram təminatının, həmçinin Malların qablaşdırma materialı İstifadəçi tərəfindən açıldıqda və ya digər qaydada pozulduqda.
İstifadəçi tərəfindən Ödənişin həyata keçirilməsi Malların sifarişinin icrasına başlanılması üçün İstifadəçinin razılığını ifadə edir.
İstismar zamanı Mallarda nasazlıqlar yarandıqda İstifadəçi vergi orqanlarına və Şirkətə dərhal bu barədə məlumat verir. Bu halda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Mallar təmir edilir və ya dəyişdirilir.
8. ELEKTRON VASİTƏLƏRLƏ YAZIŞMALAR VƏ MÜQAVİLƏLƏR İstifadəçinin elektron vasitələrlə göndərdiyi və Şirkətin aldığı hər hansı yazışma və ya müqavilə, onun faktiki olaraq İstifadəçidən göndərilib-göndərilməməsindən asılı olmayaraq, müvafiq qaydada İstifadəçinin məsuliyyətində hesab olunur və onun nəticələri İstifadəçi üçün məcburidir. İstifadəçi razılaşır ki, elektron vasitələrlə çatdırılan, alınan və ya bağlanılan istənilən yazışma və ya müqavilə imzalanmış və/və ya çatdırılmış və mövcud qanunvericiliyə uyğun olaraq “yazılı sövdələşmə” hesab olunur. İstifadəçi həmçinin razılaşır ki, yazışma və ya müqavilənin elektron vasitələrlə çatdırıldığına, alındığına və ya bağlandığına görə və eləcə də “yazılı” və ya imzalanmış olmadığına və ya əlbəəl çatdırılmadığına baxmayaraq heç bir belə yazışma və ya müqavilə ilə bağlı mübahisə etməyəcək. Bu İstifadə Şərtlərinin məqsədləri üçün, “elektron vasitələr” termini dedikdə kompüter, telefon, mobil telefon, smartfon, İnternet, elektron poçt, rəqəmli assistant (PDA), faks və ya istənilən digər telekommunikasiya və ya elektron ötürmə metodu daxil olmaqla, Şirkətin vaxtaşırı icazə verə bildiyi istənilən kommunikasiya metodu başa düşülür.
9. İSTİFADƏYƏ DAİR QADAĞALAR İstifadəçi aşağıdakılara yol verməməlidir:
• Heç bir yanlış, qeyri-dəqiq və ya natamam məlumat təqdim etməməlidir;
•Xidmətlərdən qeyri-qanuni, dələduzluq, bədniyyətli məqsədlərlə istifadə etməməlidir;
• Xidmətlərin təhlükəsizliyinə, toxunmazlığına, effektivliyinə, xoş niyyətliliyinə və ya hər hansı digər şəxsə xələl gətirəcək qeyri-qanuni, dələduz, bədniyyətli və ya iftiralı əməllər və ya tədbirlər görməməlidir.
• www.azsmart.az internet səhifəsində eyni İstifadəçi tərəfindən birdən artıq Hesabın açılması qadağan edilir. Hesaba çıxışın məhdud olması halında İstifadəçi Şirkətə Hesaba çıxışın bərpa olunması və ya Hesabın bağlanılması və yeni Hesabın açılması xahişi ilə müraciət etməlidir.
10. TƏHLÜKƏSİZLİK İstifadəçi Hesabının Şifrəsini hər zaman tam məxfi saxlamalıdır. İstifadəçi heç kəsə öz şifrəsini açıqlamamalıdır. Əgər İstifadəçi öz Şifrəsinin kiməsə məlum olmasından şübhələnərsə və ya bu barədə xəbər tutarsa, İstifadəçi dərhal Şirkətə bu barədə məlumat verməlidir və dərhal Şifrəsini müvafiq qaydada dəyişməlidir.
Təhlükəsizlik ilə bağlı aşağıdakı qaydalara mütləq əməl edilməlidir:
• İstifadəçinin Şifrələri özünəməxsus və digər şəxslər tərəfindən asanlıqla tapıla bilməyən və ya əldə oluna bilməyən olmalıdır, o cümlədən: doğum tarixindən və ya İstifadəçinin öz və ya ailə üzvünün adından, İstifadəçinin telefon nömrəsindən və ya “1234” kimi ardıcıl rəqəmlərdən istifadə olunmamalıdır.
• Xidmətlər üçün istifadə olunan İstifadəçiyə məxsus məlumatların təhlükəsizliyi İstifadəçinin təhlükəsizlik qaydalarına riayət etməsindən asılıdır. İstifadəçi Xidmətlər vasitəsilə əməliyyatlar həyata keçirərkən ötürülən məlumatlar daxil olmamaq şərtilə, hər hansı məxfi məlumatın kimsəyə açıqlanmamasının təmin olunması üçün bütün lazımi tədbirlər görür.
İstifadəçi tərəfindən www.azsmart.az internet səhifəsinin və Hesabının təhlükəsizliyi üçün aşağıdakı əlavə təhlükəsizlik qaydaları tətbiq olunmalıdır:
• İstifadəçi özünün Hesabına kiminsə daxil olmasının qarşısının alınması üçün Hesabı üzrə hər əməliyyatı həyata keçirdikdən sonra İstifadəçinin Hesabından çıxmalı və onu bağlamalıdır;
• İstifadəçi Hesabına daxil olmuş vəziyyətdə olduğu müddətdə İstifadəçinin Elektron Daxilolma Cihazını diqqətsiz qoymamalıdır;
• İstifadəçi kompüterlə iş üzrə təhlükəsizlik qaydalarına riayət etməlidir və həmin qaydalar ən azı aşağıdakılar olmalıdır: əgər belə təhlükəsizlik tədbirləri İstifadəçinin Elektron Daxilolma Cihazında mövcuddursa, ən son virusun aşkarlanması proqramı və şəbəkələrarası ekran sistemi;
• İstifadəçi www.azsmart.az səhifəsində hər hansı qeyri-adi, şübhəli və ya dələduzluq əməli barədə məlumatlı olarsa, bu barədə dərhal Şirkəti məlumatlandırmalıdır.
• İstifadəçi Xidmətlərlə bağlı Şirkətin tələb edə biləcəyi istənilən əlavə təhlükəsizlik tələblərinə riayət etməyə hazır olmalıdır.
11. İSTİFADƏÇİNİN ONLAYN ƏMƏLİYYATLAR ÜZRƏ MƏLUMATLARININ TOPLANMASINA VƏ İSTİFADƏSİNƏ RAZILIQ Şirkət cookie-fayllarından və digər izlənmə texnologiyalarından istifadə etməklə İstifadəçinin onlayn əməliyyatlar üzrə məlumatları toplaya bilər və internet səhifələrinin təhlükəsizliyini təmin edə bilər. İstifadəçinin onlayn əməliyyatları üzrə məlumat, Şirkətin İstifadəçi barədə malik olduğu digər məlumatlarla birgə Şirkətin internet səhifəsinin funksionallığı barədə məlumat toplamaq, İstifadəçinin maraq və ehtiyaclarını anlamaq, İstifadəçini xüsusi onlayn təcrübə ilə təmin etmək üçün istifadə oluna bilər. Şirkət İstifadəçinin fərdi məlumatını Azərbaycan Respublikasının fərdi məlumatın qorunmasını təmin edən qanunlarına uyğun olaraq qəbul etməlidir, saxlamalıdır, istifadə etməlidir və onun hüquqlarını pozmamalıdır.
12. HAQLAR Şirkətin başqa tələbi olmazsa, istənilən Ödəniş ödəmə müddətində qanuni ödəmə vasitəsi olan valyuta ilə həyata keçirilə bilər. İstifadəçi qəbul edir ki, Şirkət, Üçüncü Tərəflər, eləcə də banklar Elektron Daxilolma Cihazına və ya Xidmətlərə daxil olmaq və/və ya Xidmətlərdən istifadə üçün müəyyən haqların ödənilməsini tələb edə bilər.
13. MƏSULİYYƏT Bu İstifadə Şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, Şirkət İstifadəçinin aşağıdakı səbəblərdən məruz qaldığı itkilərə, zərərlərə, gecikmələrə və ya çətinliklərə görə məsuliyyət daşımır:
• Bu İstifadə Şərtləri və ya Xidmətlər,
• Xidmətlərlə bağlı İstifadəçi tərəfindən təqdim edilən və ya təqdim edilə biləcək istənilən göstərişlər.
Şirkət yalnız özünün etinasızlığı (kommersiya standartları əsasında müəyyən olunmalıdır) nəticəsində İstifadəçinin məruz qaldığı itkilərə, zərərlərə, gecikmələrə və ya çətinliklərə görə məsuliyyət daşıyır.
Şirkət heç bir halda, Şirkətin etinasızlığa yol verdiyi hallarda daxil olmaqla, İstifadəçinin məruz qaldığı məlumat itkisinə və ya hər hansı dolayı, vasitəli, xüsusi, artırılmış, cərimə və ya cəza xarakterli heç bir zərərlərə görə nə bütövlüklə, nə də qismən (biznesin hər hansı yolla dayandırılması, mənfəət, məlumat, imkanlar, gəlirlər, nüfuz itkisi və ya hər hansı digər kommersiya və ya iqtisadi itki) məsuliyyət daşımır.
Bundan əlavə Şirkət, heç bir halda, hətta ciddi etinasızlığa yol verdiyi hallar da daxil olmaqla, İstifadəçinin aşağıdakı səbəblərdən məruz qaldığı istənilən itki və ya zərərlərə görə məsuliyyət daşımır:
• Üçüncü tərəflərin fəaliyyəti, fəaliyyətsizliyi (və heç bir belə Üçüncü Tərəf Şirkətin agenti kimi fəaliyyət göstərən hesab olunmayacaq);
• İstifadəçinin Şirkətə təqdim etdiyi hər hansı məlumatlarda (o cümlədən daxil olma məlumatları) və hər hansı Üçüncü Tərəfin təqdim etdiyi məlumatlarda səhvlər, xətalar, qeyri dəqiqliklər və ya digər uyğunsuzluqlar (İstifadəçinin yeni versiyanı əldə etməməyi daxil olmaqla);
• Şirkətin nəzarətində olmayan hər hansı səbəbdən (digərlərdən savayı hər hansı sistem sıradan çıxması və ya texniki xətaları) Şirkətin İstifadəçi qarşısında öhdəsinə götürdüyü hər hansı öhdəliklərinin yerinə yetirilməməsi və ya yerinə yetirilməsində yaranan gecikmələr, səhvlər, dayanmalar;
• Xidmətlərə daxil olmaqda və ya onlardan istifadə etməkdə yaranan hər hansı gecikmələr və ya buna müvəffəq olmamaq;
• Hesabdan, habelə Şirkətin mövcud informasiya texnologiyaları infrastrukturundan qanunsuz istifadə edilməsindən yaranan hüquqi nəticələr və şirkətdaxili normativ hüquqi sənədlərin tələblərinə uyğun olaraq görülən tədbirlər;
• Bu İstifadə Şərtlərinə uyğun olaraq öhdəsinə düşən təhlükəsizlik tədbirləri də daxil olmaqla İstifadəçi tərəfindən hər hansı öhdəliklərin yerinə yetirilməməsi və ya Xidmətlərlə bağlı Şirkətin İstifadəçiyə vaxtaşırı verə biləcəyi istənilən göstərişlərin yerinə yetirilməməsi;
• Xidmətlərə daxil olmaq və onlardan istifadə etməklə əlaqədar istənilən dələduz və ya digər qanunsuz hərəkət (hərəkətsizlik) (İstifadəçi belə məsələlərlə bağlı onun hesabına xidmət göstərən banka müraciət etməlidir).
Şirkətin ciddi etinasızlığı nəticəsində yaranan iddialar, xərclər və məsuliyyətlər daxil olmamaq şərtilə, İstifadəçi Xidmətlərə daxil olması və onlardan istifadə etməsi və ya İstifadəçi tərəfindən İstifadə Şərtlərinin pozulması nəticəsində yaranan istənilən iddialardan, xərclərdən və məsuliyyətlərdən Şirkəti azad edir və qoruyur. Xidmətlərlə bağlı olan hər hansı şikayətlər Şirkətin elektron poçt ünvanına göndərilməlidir.
14. FORS MAJOR Əgər Xidmətin yerinə yetirilməməsi təbii fəlakət (yanğın, daşqın, zəlzələ, fırtına, qasırğa və ya digər təbii fəlakət), müharibə, işğal, xarici düşmənlərin əməlləri, döyüş əməliyyatları (müharibə elan olunmuş olub-olmamasından asılı olmayaraq), vətəndaş müharibəsi, üsyan, inqilab, qiyam, hərbi və ya hakimiyyətin qəsb edilməsi və ya müsadirə, terrorizm əməlləri, milliləşdirmə, dövlət sanksiyası, qadağa, embarqo, əmək mübahisəsi, tətil, lokaut və elektrik təchizatının, kabel, telefon və ya Xidmətlərin yerinə yetirilməsi üçün tələb olunan digər xidmətlərin dayandırılması və ya sıradan çıxması kimi fors-major halları nəticəsində baş vermişdirsə bu halda Şirkət heç bir məsuliyyət daşımır
15. MÜVƏQQƏTİ DAYANDIRMA/LƏĞV ETMƏ Şirkət istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən İstifadə Şərtlərini (bütövlüklə və ya qismən) və bu əsasda İstifadəçinin Hesabını dərhal ləğv edə və ya müvəqqəti dayandıra bilər və ya İstifadəçinin hər hansı xidmətlərə daxil olmasını dayandıra bilər. Şirkət belə müvəqqəti dayandırma və ya ləğv etmə nəticəsində baş verə biləcək istənilən itki və ya narahatlığa görə məsuliyyət daşımır.
16. ƏQLİ MÜLKİYYƏT Şirkət www.azsmart.az internet səhifəsində malik olduğu bütün əqli mülkiyyət hüquqlarının sahibidir. Başqa cür göstərilməmişsə, www.azsmart.az internet səhifəsinə aid bütün mətnlər, şəkillər, illüstrasiyalar, proqram təminatı, HTML kodları, audio kliplər və video təsvirlər daxil olmaqla bütün əmtəə nişanları, loqolar və bütün işlər Şirkətin mülkiyyətidir və şəxsi və qeyri-kommersiya məqsədləri üçün istifadə olunan hallar istisna olmaqla baxılma, çap edilmə və ya İstifadəçinin Xidmətlər ilə bağlı əməliyyatlarının elektron surətlərinin arxivləşdirilməsi də daxil olmaqla, onlar bu İstifadə Şərtlərinə və Şirkətin sonradan İstifadəçiyə verə biləcəyi göstərişlərə uyğun olaraq Şirkətin yazılı icazəsi olmadan heç bir halda nə bütövlüklə, nə də qismən yenidən düzəldilməməlidir, yüklənməməlidir, yerləşdirilməməlidir, ötürülməməlidir, paylaşılmamalıdır və ya dəyişdirilməməlidir. Bu İstifadə Şərtlərində və ya Şirkətin Xidmətlərində qeyd olunanların heç biri Şirkətin işlərindən, əmtəə nişanlarından və ya loqolarından, ümumiyyətlə əqli mülkiyyətindən heç bir digər yolla istifadə olunması hüququnu yaradan müddəa kimi şərh edilməməlidir.
17. TƏTBİQ OLUNAN QANUNVERİCİLİK Bu İstifadə Şərtlərində xüsusi olaraq qeyd olunmayan bütün məsələlər yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə tənzimlənir. Xidmətlərə daxil olma və ya onlardan istifadə etmə və ya bu İstifadə Şərtləri ilə bağlı hər hansı mübahisələr yarandıqda, tərəflər belə mübahisələrin danışıqlar yolu ilə həll olunması üçün əlindən gələni etməlidir. Danışıqlar başlayan andan etibarən tərəflər mübahisələri 30 (otuz) gün ərzində həll etməzsə, istənilən tərəf belə mübahisələrlə bağlı müstəsna yurisdiksiyaya malik olan Azərbaycan Respublikasının məhkəmələrinə müraciət edə bilər.