Məxfilik siyasəti

Hazırkı Məxfilik Siyasəti “AzSmart” MMC (“Operator”) və Operatorun internet səhifəsində ödəniş hesabının açılması, ödəniş hesabı ilə ödəniş əməliyyatlarının həyata keçirilməsi və təqdim edilən digər xidmətlərdən (“Xidmətlər”) istifadə edən istifadəçi (“İstifadəçi”) arasında (Operator və İstifadəçi bundan sonra ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlana bilər) Xidmətlərin istifadəsi zamanı İstifadəçi haqqında məxfi məlumatların (“Məxfi Məlumatlar”) toplanılması, işlənilməsi və mühafizəsi qaydalarını müəyyən edir.

Operator Xidmətlərin göstərilməsi məqsədilə İstifadəçi haqqında Məxfi Məlumatları Azərbaycan Respublikasının qanunvericiliyinə və hazırkı Məxfilik Siyasətinə uyğun olaraq toplayır, istifadə edir və mühafizə edir.

İstifadəçi Xidmətlərdən istifadə etməklə haqqında Məxfi Məlumatların toplanılmasına və istifadəsinə razılığını bildirir.

Bununla da, Tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

1. Məxfi Məlumatlar

1.1. Məxfi Məlumatlara İstifadəçi tərəfindən Operatora birbaşa olaraq təqdim olunan və İstifadəçi haqqında biznes fəaliyyəti, idarəçilik, kommersiya, maliyyə, əməliyyat və texniki məlumatları ehtiva edən bütün qeyri-ictimai, məxfi məlumatlar və Azərbaycan Resublikasının qanunvericiliyi ilə müəyyən edilən fərdi məlumatlar daxildir.

1.2. Operator İstifadəçinin istifadə etdiyi internet protokol ünvanı (İP ünvanı), brauzer növü, brauzer versiyası, internet səhifəsindən istifadə etdiyi tarix, saat və müddət kimi Xidmətlərə keçid və Xidmətlərdən istifadə üsulları ilə  bağlı məlumatları da toplaya bilər.

1.3. Yuxarıda qeyd olunan məlumatlar İstifadəçinin kimliyinin müəyyən edilməsi, İstifadəçi ilə zəruri hallarda əlaqə saxlanılması, Xidmətlərin göstərilməsi, xidmət səviyyəsinin artırılması, Xidmətlərdən istifadəyə nəzarət edilməsi, Xidmətlərə edilən dəyişikliklər haqqında bildiriş göndərilməsi, texniki problemləri aşkar etmək, qarşısını almaq və həll etmək və digər məqsədlər üçün istifadə olunur.

1.4. İstifadəçinin bank kartı haqqında məlumatlar Operator tərəfindən saxlanılmır.

1.5. Operatorun İstifadəçi tərəfindən Hazırkı Məxfilik Siyasətinə uyğun olaraq Məxfi məlumatlar açıqlanmazdan əvvəl və hər hansı məxfilik öhdəliyi pozulmadan əldə etdiyi, Operatorun İstifadəçi qarşısında məxfiliyə dair heç bir öhdəliyi olmayan üçüncü şəxslərdən əldə etdiyi, KİV ilə məlum olan, ictimaiyyətə məlum olan və ya İstifadəçinin özü haqqında yaydığı məlumatlar Məxfi Məlumatlara daxil edilmir.

 

 

2. Operatorun öhdəlikləri

2.1 Operator İstifadəçinin bütün Məxfi Məlumatları ilə məxfi və təhlükəsiz şəkildə davranır, və:

(a) Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla İstifadəçinin qabaqcadan yazılı razılığı olmadan, bu cür Məxfi Məlumatları heç bir üçüncü şəxsə açıqlamır;

(b) Məxfi Məlumatları ən azı özünün məxfi və özəl məlumatlarının qorunması üçün göstərdiyi diqqət ilə hər hansı icazəsiz istifadədən, yayılmadan, ötürmədən və ya dərcetmədən qoruyur və mühafizə edir;

(c) hər hansı Məxfi Məlumatdan İstifadəçi ilə bağlı rəqabət və ya digər üstünlük əldə etmək məqsədilə istifadə etmir;

(d) Operatorun direktorlarına, məsul şəxslərinə, işçilərinə və ya Operator tərəfindən Xidmətlərin göstərilməsi üçün cəlb olunan üçüncü şəxslərə Məxfi Məlumatların açıqlanmasını məhdudlaşdırır və Məxfi Məlumatları həmin şəxslərə yalnız hazırkı Məxfilik Siyasətinin konkret məqsədləri üçün tələb olunan dərəcədə açıqlayır;

(e) Operatorun adından fəaliyyət göstərən bütün şəxslərin məxfiliklə bağlı oxşar öhdəlik götürmələrini təmin etmək və bu cür şəxsləri Məxfi Məlumatların hazırkı Məxfilik Siyasətində nəzərdə tutulan hallardan başqa açıqlanmaması və ya istifadə edilməməsi haqda xəbərdar etmək üçün müvafiq tədbirlər görür;

(f) Məxfi Məlumatlardan icazəsiz istifadə və ya açıqlama halı aşkar etdiyi təqdirdə bu haqda İstifadəçiyə dərhal məlumat verir və Məxfi Məlumatları yenidən əldə etmək və gələcəkdə icazəsiz hərəkətlərə və ya hazırkı Məxfilik Siyasətinin müddəalarının digər pozuntularına yol verməmək üçün məntiqli addımlar atır;

(e) Səlahiyyətli orqan tərəfindən qanunvericiliyin tələb etdiyi hallarda Məxfi Məlumatların istənilən birini açıqlamağa məcbur edilərsə, onda İstifadəçiyə bu haqda təcili surətdə məlumat verir.

2.2 Hüquq və ya Lisenziyaların verilməməsi. Hazırkı Məxfilik Siyasəti üzrə Məxfi Məlumatların açıqlanması Operatora bu cür Məxfi Məlumatlar üzərində, dünyanın hər hansı yurisdiksiyasının istənilən qanun və qaydası tərəfindən tanınan hər hansı patentə, əmtəə nişanına, müəllif hüququna və ticarət sirrinə dair hər hansı hüquq və ya lisenziya, mənəvi və ya digər hüquqlar (birlikdə - Əqli Mülkiyyət Hüquqları”) məhdudiyyətsiz daxil olmaqla, hər hansı açıq-aşkar və ya nəzərdə tutulan lisenziya və ya hüquq vermir. İstifadəçi Operatorun yalnız hazırkı Məxfilik Siyasətində açıq-aydın şəkildə nəzərdə tutulan məqsədlər üzrə istifadə edəcəyi istənilən Məxfi Məlumatlar üzərində bütün əqli mülkiyyət hüquqlarını özlərində saxlayır. Operator Məxfi Məlumatlara və ya onların istənilən hissəsinə əlavə edilən və ya qoşulan İstifadəçinin hər hansı əmtəə nişanına, loqosuna, müəllif hüququ haqda bildirişlərinə və ya digər xüsusi bildirişlərinə və ya fərqləndirici nişanlarına dəyişiklik etməməyi və ya onları silməməyi öhdəsinə götürür.

2.3 Məxfi Məlumatların qaytarılması. Mövcud qanun və qaydalarda başqa cür tələb edilmirsə, Operator İsifadəçinin tələbindən sonra İstifadəçinin Məxfi  Məlumatlarının daxil olduğu, həmin məlumatları əks etdirən, onlardan ibarət olan və ya həmin məlumatlara əsaslanan bütün sənədləri və materialları (və ya onların müvafiq hissələrini) məhv edir, kompüterdən (və ya oxşar elektron cihazdan) tamamilə silir və ya İstifadəçiyə geri qaytarır.

2.4. Operator Məxfi Məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün bütün tədbirləri görür, lakin Məxfi Məlumatların mütləq təhlükəsizliyinə zəmanət vermir.

 

3. Digər şərtlər

3.1. Hazırkı Məxfilik Siyasəti  İstifadəçinin Xidmətlərdən istifadə etdiyi müddət ərzində qüvvədədir.  

3.2. Hazırkı Məxfilik Siyasətinin istənilən müddəasına edilən dəyişiklik, düzəliş və ya əlavə haqqında İstifadəçiyə internet səhifəsi və ya İstifadəçinin elektron poçt vasitəsilə bildiriş veriləcəkdir. İstifadəçiyə bildirişin təqdim edilməsindən sonra Xidmətlərdən istifadə etməyə davam etməsi İstifadəçinin dəyişiklik, düzəliş və ya əlavəyə razılığını bildirir.

3.3. Tərəflərdən hər hansı birinin hazırkı Məxfilik Siyasəti üzrə öhdəliklərini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi nəticəsində yaranan mübahisənin 60 (altmış) gün ərzində qarşılıqlı danışıqlar yolu ilə həll edilməsinə səy göstərilir. Qarşılıqlı danışıqlar nəticə vermədikdə, mübahisəyə səlahiyyətli məhkəmə tərəfindən baxılır.

3.4. Xidmətlərin həyata keçirilməsi üçün Məxfi Məlumatların transsərhəd ötürülməsinə ehtiyac yarana bilər. İstifadəçi hazırkı Məxfilik Siyasətinə razılığı və Xidmətlərdən istifadə etmək ilə Məxfi Məlumatlarının Azərbaycan Respublikasına və ya xarici ölkəyə transsərhəd ötürülməsinə razılığını bildirir.

 

 

 

YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, İstifadəçi bu Məxfilik Siyasətini qəbul etməklə bütün müddəaları ilə razı olduğunu bildirir.

 

Əlaqə:

İzmir küç. 23, AZ1065, Bakı, Azərbaycan

0125998777

office@azsmart.az